Ərdoğan Tovuzda baş verənlərə münasibət bildirdi

  14 İyul 2020    Oxunub : 3875
Ərdoğan Tovuzda baş verənlərə münasibət bildirdi
Qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə qınayırıq.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğalçı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatdan danışarkən deyib.
Türkiyə lideri ölkəsinin Azərbaycanın yanında olduğu bildirib: "Bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda şəhid olan azərbaycanlı qardaşlarımıza rəhmət, yaralılara şəfa diləyirəm”.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə bundan sonra da Azərbaycana edilən hücumların qarşısında yer alacaq:

"Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək. Gərginliyin Ermənistanın hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq”.

Ərdoğan əlavə edib ki, Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mane olmaq və yeni münaqişə ocaqları yaratmaqdır.

Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan