850 kq-dan çox yararsız ərzaq malları aşkar edildi

850 kq-dan çox yararsız ərzaq malları aşkar edildi
  19 Yanvar 2014    Oxunub:3884
İstehlak bazarında 850 kq-dan çox yararsız ərzaq malları aşkar edilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Səbail, Sabunçu, Qaradağ, Binəqədi, Yasamal rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan, Şəki, Şamaxı, Bərdə, Saatlı, Yevlax, Sabirabad, Xaçmaz, Cəlilabad, Ağsu, Yardımlı, Tərtər şəhərlərində, eləcə də Samux, Füzuli rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 850 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti