Zəncirvari qəzada 3 nəfər yaralanıb

  19 Yanvar 2014    Oxunub : 552
Zəncirvari qəzada 3 nəfər yaralanıb
Hadisə yanvarın 19-da günorta saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.
Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə yanvarın 19-da günorta saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Uzuntəpə kənd sakini Famil Əlifağa oğlu Ağayev idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdən gələn, həmyerlisi Zəkəriyyə Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra “VAZ-2107” digər Cəlilabad rayon sakini Vüsal Nağıyevin idarə etdiyi eyni markalı avtomobilə çırpılıb. Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib, eləcə də sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Teqlər: