Qəbələdə maşın hasara çırpılıb, bir nəfər ölüb

 Qəbələdə maşın hasara çırpılıb,    bir nəfər ölüb
  30 İyul 2020    Oxunub:3510
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində “VAZ” markalı minik avtomobilinin hasara çırpılması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Eyvazov İman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəbələ   Qəza  





Xəbər lenti