Oğurluq edənin digər cinayət əməlinin üstü açıldı

Oğurluq edənin digər cinayət əməlinin üstü açıldı
  22 Yanvar 2014    Oxunub:1308
Abşeron rayonunda Famil İsmayılova və Maya Paşayevaya məxsus mağazalardan pul, tütün məmulatı və danışıq kartı oğurlanıb.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbəsinin sakinləri Mülkədar Rəhimov və İbiş Heydərov saxlanılıblar.

Aparılan əməliyyat tədbirləri nəticəsində M.Rəhimovun Cavid Dəmirova məxsus “VAZ-2106” markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.

Paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində isə Bakı sakinləri Elvin Həsənova və Atabala Atakişiyevə məxsus mağazalardan pul və suvenir əşyaları oğurlanıb.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş paytaxt sakini Ruslan Abdullayev tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti