Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda həyəcanlı anlar
  22 Yanvar 2014    Oxunub:1123
Bu gün Bakı Metropolitenində baş verən texniki nasazlıq sərnişinləri təşvişə salıb. AzVision.az xəbər verir ki, "Axar.az"ın əldə etdiyi məlumata görə, "Həzi Aslanov" stansiyasından "Dərnəgül" stansiyasına hərəkətdə olan qatar "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyaları arasında tuneldə dayanıb. Hadisə saat 20:12 radələrində baş verib. Qatarın dayanması 12 dəqiqə çəkib. Maşinist sərnişinlərə hadisənin texniki səbəblərdən baş verdiyini elan edib.


Teqlər:





Xəbər lenti