Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  22 Yanvar 2014    Oxunub:985
Yanvarın 22-dən 23-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə çiskinli, səhər saatlarında duman olacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə havanın tutulacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə duman, zəif çiskinli olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək. Axşam Naxçıvan MR-da zəif qar yağacağı, Lənkəran-Astara zonasında isə az yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti