Təqaüddə olan həkimlər işə cəlb oluna bilər

  08 Avqust 2020    Oxunub : 2909
 Təqaüddə olan həkimlər işə cəlb oluna bilər
Hər bir həkimin məzuniyyətə çıxmaq haqqı var. Hazırda pandemiya dövründə yaşayırıq. Bu dövrdə təqaüddə olan həkimlər belə ehtiyac olarsa, işə cəlb oluna bilər.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həkimlərin məzuniyyətə çıxmasını həmin müəssisənin rəhbəri təşkil etməlidir:

"Lakin həkimlər ehtiyac olacağı tədqirdə geri çağrılmaqla məzuniyyətə buraxıla bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Həkim   Məzuniyyət   İş