Bu fənlərdən “5” alanlara yüksək maaş verilir

Bu fənlərdən “5” alanlara yüksək maaş verilir
  20 Avqust 2020    Oxunub:4193
İsraildə aparılan tədqiqatlara görə, məktəbdə öyrədilən bütün fənnlərdən yalnız ikisi - riyaziyyat və ingilis dili məktəbi bitirdikdən sonra işləyərkən əmək haqqının yüksək olmasına təsir edir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, riyaziyyatı “5” ilə oxumaq gələcək əmək haqqının 16%, ingilis dilini “5” ilə oxumaq isə əmək haqqının 5% yüksək olmasına səbəb olur:

"Eyni zamanda, tədqiqatlar göstərir ki, riyaziyyatı “3” ilə oxuyanlar onu heç oxumayanlardan orta hesabla 27% çox qazanır. Riyaziyyatı “4” ilə oxuyanlar isə onu “2” ilə və ya heç oxumayanladan 62% daha çox əmək haqqı alırlar. Bu, o demək deyil ki, digər fənnləri oxumaq lazım deyil. Geniş dünyagörüşün formalaşması üçün bütün fənnləri oxumaq lazımdır".

Azvision.az


Teqlər: Riyaziyyat   İngilis-dili   Maaş  





Xəbər lenti