Leyla Yunusun `siyasi məhbus`ları: terrorçular və vətən xainləri - FAKTLAR

Leyla Yunusun `siyasi məhbus`ları: terrorçular və vətən xainləri - FAKTLAR
  25 Yanvar 2014    Oxunub:1537
Leyla Yunus yanvarın 23-də keçirdiyi mətbuat konfransında ölkədə 134 siyasi məhbusun olduğunu iddia edib. Maraqlıdır, bu 134 siyasi məhbus nə zaman, haradan çıxdı? Leyla Yunus bu siyahını hansı məntiqlə, hansı meyarlar əsasında tutub?

Adətən hüquq müdafiəçiləri monitorinqlər aparırlar, təcridxana və cəzaçəkmə müəssisələrində görüşlər keçirirlər, bundan sonra hansısa fikirlər söyləyirlər. Leyla Yunus isə Almaniya, Türkiyədə otura-otura barmağından sorub çıxardığı rəqəmlərlə ictimaiyyət qarşısına çıxır. Heç bir məhbusla görüşməyən şəxs necə, hansı meyarlarla “siyasi” məhbus siyahısı tərtib edə bilər?!

“Hüquq müdafiəçiliyi”ni özünün əsas biznes ağacı hesab edən Leyla Yunus növbəti qrantlarını doğrultmaq üçün yeni “iddia”larını ortaya atıb. Götürək onun 134 nəfərdən ibarət siyahısını. Onlardan 6 nəfəri terrorçudur. Məsələn, Rahib Məhsimov 20 yanvar metrosunu partlatmaqda ittiham olunaraq, ömürlük cəzaya məhkum edilib.

“Səid Dadaşbəylinin dəstəsi” deyilən 10 nəfər isə İran Xüsusi Xidmət orqanları ilə məxfi əməkdaşlığa girib, kriminal qrup şəklində soyğunçuluğa cəhd edib, saxta pulların yayılması ilə məşğul olublar, qanunsuz silah-sursat saxlamaqda ittiham ediliblər.

Leyla Yunus mətbuat konfransında deyib ki, 2001-ci ildə Avropa Şurasına təqdim etdiyi siyahıda 716 nəfərin adı göstərilirdi, hazırda bu siyahıdan 21 nəfər hələ də həbsdədir. Halbuki, siyahıda adı çəkilən Şəmsi Abdullayev 2012-ci ildə əfv olunub. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Kəramət Kərimovun cəzası əfv nəticəsində 25 illə əvəzlənib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş digər 16 nəfər Avropa Şurasının ekspertləri tərəfindən ümumiyyətlə “siyasi məhbus” hesab edilməyib. Xatırladaq ki, həmin şəxslər ağır və xüsusilə ağır cinayətlər, qətllər törətməkdə ittiham olunub.

Siyahıda adı çəkilən Fuad Hüseynovun 6, Fərəməz Allahverdiyevin isə 4 məhkumluğu var.

2012-ci ildə Masallıda keçirilən beynəlxalq folklor festivalında diskotekanın dini dəyərlərə zidd olduğunu iddia edərək qalmaqal yaradıb, dava salan və iştirakçılara, o cümlədən, hakimiyyət orqanlarının nümayəndələrinə müqavimət göstərərək onlara xəsarət yetirən 7 nəfərin də adı həmin siyahıdadır.

Siyahıdakı bəzi şəxslərlə bağlı hələ heç məhkəmə qərarı da yoxdur, istintaq altında olanlar da var.

Bütün bunlar həmin siyahının nə dərəcədə saxta, siyahı müəllifinin isə nə qədər qeyri-peşəkar və qərəzli olduğunu göstərir.

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti