Bakıda qar yağacaq

Bakıda qar yağacaq
  25 Yanvar 2014    Oxunub:1189
Yarımadanın bəzi yerlərində yağışın sulu qarla yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-2, gündüz 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 26-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.


Teqlər:  





Xəbər lenti