Bakıda 200 minlik hədə

Bakıda 200 minlik hədə
  25 Yanvar 2014    Oxunub:1642
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb etdikləri üçün tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti