Son məlumat da budur ki, uşqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir.
Beton plitələr və daşlardan ibarət uçqun iki maşının üstünə düşüb. Maşınlar tam yararsız vəziyyətdədir. Onun içindən iki gənc adamın meyitinin çıxarıldığı bildirilib. Bu şəxslər yolun kənarında maşının içində dayanıblarmış. Ancaq polislər jurnalistləri maşınlara yaxın buraxmırlar.
Hazırda əvvəl bağlı olan prospekt açılıb.
Əlavə məlumat verəcəyik.