Ötən il ölkədə 60 böyrəkköçürmə əməliyyatı baş tutub

Ötən il ölkədə 60 böyrəkköçürmə əməliyyatı baş tutub
  25 Yanvar 2014    Oxunub:1420
Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi böyrəkköçürmə əməliyyatlarının uğurla aparılmasını təmin edib.

Son 10 ildə Azərbaycanın tibb müəssisələrində böyrəkköçürmə əməliyyatları uğurla aparılır. Bu səbəbdən ölkəmizdə böyrəkköçürmə əməliyyatlarının sayı artıb. Təkcə 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub.

AzVision.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri bu günlərdə daha bir uğurlu böyrəkköçürmə əməliyyatına imza atıblar. Xroniki böyrək çatışmazlığından uzun müddət əziyyət çəkən 6 yaşlı Gəncə sakini Cavid Axundova öz babasının böyrəyi köçürülüb. Həkimlər dializ proqramına girmədən xəstənin üzərində əməliyyat aparıblar. Bu, xəstəxana tərəfindən indiyədək dializə girmədən aparılan 31-ci əməliyyatdır.

Qeyd edək ki, Donor əməliyyatı müasir laparoskopik üsulla icra olunub. Ümumiyyətlə xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması da son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Hazırda bu problem öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə ötən ildə 9 yeni hemodializ mərkəzi açılıb və bu müəssisələrdə 102 dializ aparatı quraşdırılıb. Beləliklə, bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılıb.


Teqlər:





Xəbər lenti