Yanğında ölən sanılan – qətlə yetirilib

  25 Yanvar 2014    Oxunub : 414
Yanğında ölən sanılan – qətlə yetirilib
Nərimanov rayonunda baş vermiş yanğında ölən gözətçinin meyitinin üzərində bıçaq xəsarətləri aşkarlanıb.
Xəbər verdiyimiz kimi, yanvarın 24-də saat 7 radələrində Nərimanov rayonunun ərazisində, A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra oradan gözətçi Mikayıl Əsədovun yanmış meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiribr ki, Mikayıl Əsədovun meyitinin üzərində bıçaq xəsarətləri aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb, Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Teqlər: