İsmayıl Ömərov məhkəməyə müraciət etdi

  25 Yanvar 2014    Oxunub : 757
İsmayıl Ömərov məhkəməyə müraciət etdi
İTV-nin keçmış direktoru İsmayıl Ömərov “Qafqazinfo” saytını məhkəməyə verib.
AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, buna səbəb yanvarın 25-də saytda İsmayıl Ömərovun İTV-dən 100 min manat oğurlaması barədə yayılan məlumat olub. Sayt iddia edib ki, Hesablama Palatası İTV-də aparılan yoxlama zamanı İ.Ömərovun 100 min manat mənimsədiyini ortaya çıxarıb.

İ.Ömərov barəsində yayılan məlumatın həqiqətə uyğun olmadığını, onun nüfuzuna ciddi zərbə vurduğunu bildirərək məhkəməyə müraciət edib. İTV-nin keçmiş direktorunun vəkili artıq bununla bağlı sənədləri Nərimanov rayon Məhkəməsinə təqdim edib.

Teqlər: