Sabunçuda evdə yanğın olub

  26 Yanvar 2014    Oxunub : 534
Sabunçuda evdə yanğın olub
Sabunçuda 5 otaqlı evdə yanğın olub.
Bakıda yanğın baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Yanvarın 25-də baş verən hadisə nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, mətbəx və dəhliz 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Teqlər: