Respublika ərazisində 29 partlayış hadisəsi baş verib

Respublika ərazisində 29 partlayış hadisəsi baş verib
  26 Yanvar 2014    Oxunub:1763
Ötən il respublika ərazisində 29 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci illə müqayisədə 2 hadisə və ya 7 faiz çoxdur.

AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildiriblər ki, partlayışlar zamanı 7 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.

Bu hadisələrdən 15-i fərdi yaşayış evlərində, biri fərdi evin yardımçı tikililərində, altısı çoxmənzilli yaşayış binasında, beşi sosial-məişət və mədəniyyət təyinatlı binalarda, biri istehsalat obyektində, biri ölkə daxilində qaz boru kəmərlərində qeydə alınıb.


Teqlər:





Xəbər lenti