Şabranda cücə sexi yanıb

Şabranda cücə sexi yanıb
  26 Yanvar 2014    Oxunub:1419
Şabranda cücə sexində yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan, hazırda fəaliyyət göstərməyən cücə sexinin içərisində olan avadanlıqların yanar konstruksiyaları (8 ədəd təmizləyici qurğu, 2 ədəd istilik generatoru, yem və su qabları) yanıb.

Sex və yaxınlıqdakı otaq yanğından mühafizə olunub. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti