Tovuzda yol qəzası, 1 ölü

Tovuzda yol qəzası, 1 ölü
  27 Yanvar 2014    Oxunub:2231
Tovuzda yol qəzası baş verib, ölən və xasarət alan var.
Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az Türkel TV (TTV)-yə istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun üçüncü kilometrliyində qeydə alınıb.

Sürücüsünün kimliyi hələlik məlum olmayan "Qazel " markalı mikroavtobus aşaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Qazelin sərnişini 19 yaşlı Elşən Nəzərov ağır yaralanaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, hazırda zərərçəkmişin vəziyyəti kafidir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti