Növbəti intihara cəhd

Növbəti intihara cəhd
  27 Yanvar 2014    Oxunub:1364
Qadın özünü dənizə ataraq intihara cəhd edib.
Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir qadın intihara cəhd edib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qadın özünü dənizə atıb.

Dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb ediliblər.

Hadisə yerində məlum olub ki, qadını xilas etmək üçün bir nəfər kişi də özünü dənizə atıb. Onların hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər.

Zərərçəkmişlər FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas ediliblər.


Teqlər:





Xəbər lenti