Naxçıvan əhalisinin sayı artıb

   Naxçıvan əhalisinin sayı artıb
  11 Sentyabr 2020    Oxunub:3727
Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 1 avqust 2020-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2771 nəfər və ya 0,6 faiz artaraq 460 743 nəfər təşkil edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti