Şadlıq evində bədbəxt hadisə

Şadlıq evində bədbəxt hadisə
  28 Yanvar 2014    Oxunub:1276
Bakıda fəhlə şadlıq evinin sonuncu mərtəbəsindən yıxıldı.
AzVision.az xəbər verir ki, Əhmədli qəsəbəsində təmir işlərinin getdiyi şadlıq evlərindən birində bədvəxt hadisə baş verib. Hadisə zamanı həmin obyektdə işləyən 30 yaşlı Anar Muradov binanın sonuncu mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə təcili olaraq 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində Anarın həyatı xilas edilsə də onun vəziyyəti hələ də ağır olaraq qalır.

Hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma başlanılıb. Anar Muradovun hansı səbəbdən həmin obyektdən yıxıldığı isə araşdırmalardan sonra məlum olacaq.

ANS TV


Teqlər:  





Xəbər lenti