• Dünya karbon emissiyalarının azaldılması istiqamətində irəlilədikcə qlobal enerji sistemi əsaslı şəkildə yenidən qurulur, müştərilərin ehtiyacları əsasında daha da şaxələnir və yanacaq növləri arasında rəqabətin artmasına səbəb olur.
• Enerji istehlakında yanar faydalı qazıntılardan istifadə tədricən azalır və dünyanın elektrikləşdirilməsi davam etdikcə, bərpa olunan enerji mənbələri də sürətlə artır.
• Enerji mənbələrindən istifadə nəticəsində formalaşan emissiyaların davamlı şəkildə azaldılmasını təmin etmək üçün karbon qiymətlərinin əhəmiyyətli dərəcədə artırılması kimi qəti siyasi tədbirlərin görülməsina ehtiyac yaranır.
"Azərbaycanı ittiham edən dövlətlərin neft hasilatı bizimkindən dəfələrlə çoxdur" - Deputat |
BP-nin Enerji Proqnozunun 2020-ci il buraxılışında qlobal miqyasda müasir enerji təchizatı metodlarına keçid üçün mümkün yollar, növbəti 30 il ərzində qlobal enerji bazarlarının necə inkişaf edə biləcəyi və onların formalaşdıra biləcək əsas qeyri-müəyyənlik amilləri araşdırılır. 2050-ci ilədək perspektivdə, yəni əvvəlki buraxılışlar ilə müqayisədə 10 il daha çox müddəti əhatə etməklə proqnozda diqqət 3 əsas ssenariyə yönəldilir.
Nəzərdən keçirilən əsas ssenarilərdə qlobal miqyasda enerji tələbatı 2050-ci ilədək davam edən dövrün ən azı müəyyən hissəsi ərzində artmağa davam edəcək. Bununla belə, həmin müddətdə enerji tələbatının strukturu əsaslı şəkildə dəyişəcək. Yanar faydalı qazıntıların rolunun azalması bərpaolunan enerji mənbələrinin payının və elektrik enerjisinin əhəmiyyətinin artması ilə kompensasiya olunur.
BP-nin baş icraçı direktoru Bernard Luni deyib: “Dəyişən enerji mənzərəsinin daha yaxşı başa düşüməsində BP-nin Enerji Proqnozu əvəzsizdir və yeni strategiyamızın işlənib hazırlanmasında mühüm rol oynayıb. Bu il proqnoz əvvəl nəzərdə tutulduğundan 10 il sonraya, yəni, xalis sıfır hədəfimizə çatmaq niyyətində olduğumuz 2050-ci ilədək hesablanıb.
Pandemiya qlobal miqyasda karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltsa da, dünya davamlı olmayan yol ilə hərəkət etməkdə qalır. Bununla belə, proqnozdakı təhlil onu göstərir ki, qətiyyətli siyasət tədbirlərinin görülməsi və şirkətlərin və istehlakçıların karbon emissiyalarının azaldılması üçün daha çox seçimlər etməsi ilə müasir enerji təchizatı metodlarına keçidi təmin etmək hələ mümkündür. Bu, gələcəyə nikbin baxmağımın səbəblərindən birdir və ümidvaram ki, hesabat oxucularımız üçün faydalı olacaq, çünki hamımız vəziyyəti yaxşılığa doğru dəyişdirməyə çalışırıq”.
Üç ssenari
2020-ci ilin proqnozunda 3 əsas ssenaridən istifadə edilərək 2050-ci ilədək müasir enerji təchizatı metodlarına keçid imkanları tədqiq edilir. Bunlar proqnoz deyil, amma siyasət və ictimaiyyətin üstünlük verdiyi məsələlər barədə alternativ fərziyyələrə əsaslanaraq növbəti 30 il ərzində mümkün nəticələri araşdırmağa kömək etmək məqsədi daşıyır.
• Sürət (Rapid) dedikdə, karbon tullantılarının qiymətlərində əhəmiyyətli artımından irəli gələn siyasi tədbirlərin görülməsi nəzərdə tutulur. Bu, enerjidən istifadə nəticəsində formalaşan karbon emissiyalarının 2018-ci ilin səviyyələri ilə müqayisədə 2050-ci ilədək təxminən 70 faiz azalmasını təmin edəcək. Sürət ssenarisi 2100-cü ilədək qlobal temperatur artımının sənaye inqilabından əvvəlki səviyyələrdən 2°C aşağı həddə məhdudlaşdırılmasına uyğun ssenarilər ilə tam üst-üstə düşür.
• Xalis sıfır (Net zero) dedikdə, sürət ssenarisi üzrə siyasi tədbirlərin istehlakçının davranışında və dairəvi və müştərək iqtisadi nümunələrin daha geniş şəkildə tətbiq edilməsi və az karbonlu enerji mənbələrinə keçid kimi ictimaiyyətin üstünlük verdiyi məsələlərdə əhəmiyyətli dəyişikliklər ilə gücləndirilməsi nəzərdə tutulur. Bununla 2050-ci ilədək karbon emissiyaları 95 faizdən çox azalacaq. Xalis sıfır ssenarisi temperatur artımının 1,5°C ilə məhdudlaşdırılmasına uyğun silsilə ssenarilər ilə tam üst-üstə düşür.
• Adi işgüzar fəaliyyət (Business-as-usual (BAU) dedikdə, hökumətin siyasətlərinin, texnologiyaların və ictimaiyyətin üstünlük verdiyi məsələlərin son dövrlərdə müşahidə olunan qayda və sürətlə inkişafa davam etməsi nəzərdə tutulur. BAU ssenarisində enerjinin istifadəsi nəticəsində formalaşan karbon tullantıları 2020-ci ilin ortalarında maksimum həddə çatır, lakin 2050-ci ildə emissiyalar 2018-ci ilin səviyyələri ilə müqayisədə 10 faizdən az aşağı olmaqla, tullantıların həcmində əhəmiyyətli azalma olmur.
Sürət və xalis sıfır ssenarilərinin hər ikisində karbon qiymətlərində əhəmiyyətli artım nəzərdə tutulur. Bunlar 2050-ci ilədək inkişaf etmiş ölkələrdə 250 dollar/ton CO2, keçid iqtisadiyyatına malik olan ölkələrdə isə 175 dollar/ton CO2-yə çatır. BAU ssenarisində bu daha aşağıdır. İnkişaf etmiş və keçid iqtisadiyyatına malik olan ölkələrdə karbon qiymətləri 2050-ci ilədək orta hesabla müvafiq olaraq yalnız 65 dollar və 35 dollar/ton CO2-ya çatır.
BP-nin baş iqtisadçısı Spenser Deyl bildirib: “Enerji Proqnozunun vəzifəsi enerji sisteminin zaman keçdikcə necə dəyişə biləcəyini qabaqcadan müəyyənləşdirmək və ya proqnozlaşdırmaq deyil. Biz gələcəyi proqnozlaşdıra bilmərik, bu ilin proqnozunda müzakirə edilən bütün ssenarilər yanlış olacaq. Daha doğrusu, proqnozda bu müxtəlif ssenarilər ssenarilər enerji sistemi az karbonlu bir dünyaya keçdikcə üzləşdiyimiz bir sıra qeyri-müəyyənlikləri daha yaxşı başa düşməyə kömək üçün istifadə edilir. Bu qeyri-müəyyənliyi daha yaxşı başa düşməyimiz üzləşə biləcəyimiz müxtəlif nəticələrə qarşı möhkəm və dayanıqlı strategiyanın hazırlanması üçün mühüm töhfədir”.
Proqnozun əsas mövzuları
Artan enerji tələbatı: hər üç ssenaridə keçid iqtisadiyyata malik ölkələrdə rifah və yaşayış standartlarının yaxşılaşması nəticəsində qlobal enerji tələbatı artır. Enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər sürətləndikcə, sürət və xalis sıfır ssenarilərində proqnozun ikinci yarısında əsas enerji tələbatı sabit dayanır. BAU ssenarisində tələbat proqnozboyu artmağa davam edir və 2050-ci ilədək təxminən 25 faiz yüksəlir.
Əsaslı şəkildə yenidən təşkil edilmiş qlobal enerji sistemləri: hər üç ssenaridə qlobal enerji sistemində karbohidrogenlərin payı azaldıqca və dünya ölkələrinin elektrik enerjisindən istifadəsi artıqca, bərpa oluna bilən enerji mənbələrində müvafiq artım müşahidə edildiyindən az karbonlu enerji sisteminə keçid daha müxtəlif enerji balansı ilə nəticələnir. Dəyişikliyin miqyası ssenarilərboyu əhəmiyyətli dərəcədə fərqlənir. Başlıca enerji resurslarında karbohidrogenlərin payı 2018-ci ildə təxminən 85 faizdən 2050-ci ilədək 65-20 faizədək düşür və bərpaolunan enerji mənbələri 20-60 faizə çatır.
Neftə tələbatın azalması: bütün ssenarilərdə neftə tələbatın növbəti 30 il ərzində azalacağı nəzərdə tutulur: BAU ssenarisində 2050-ci ilədək 10 faiz azalma, sürət ssenarisində təqribən 55 faiz azalma, xalis sıfır ssenarisində isə 80 faiz azalma. BAU ssenarisində tələbat 2020-ci illərin əvvəllərində sabitləşir, sürət və xalis sıfır ssenarilərinin hər ikisində isə neft tələbatı COVID-19 pandemiyasının səbəb olduğu tənəzzüldən sonra heç bir halda tam bərpa olunmur. Neft tələbatının azalması yol nəqliyyatının səmərəliliyinin artması və elektrikləşdirilməsindən irəli gəlir. Hər üç ssenaridə nəqliyyat sektorunda neft məhsullarının istifadəsi 2020-ci illərin ortalarından sonuna doğru ən yüksək səviyyəyə çatır. Nəqliyyat sektorundakı tələbatın təmin edilməsində neftin payı 2018-ci ildəki 90 faizdən yuxarı göstəricidən BAU ssenarisində təqribən 80 faizə, sürət ssenarisində 40 faizə, xalis sıfır ssenarisində isə sadəcə 20 faizə düşür.
Daha dayanıqlı qaz: təbii qazın perspektivlərinə ümumi tələbat və qlobal təchizatdan istifadə imkanlarının artması şərait yaradır. Qlobal tələbat ssenarilərboyu əhəmiyyətli dərəcədə fərqlənir. Sürət ssenarisində tələbat 2030-cu illərin ortalarında, xalis sıfır ssenarisində isə 2020-ci illərin ortalarında ən yüksək həddə çatır və qeyd edilən hər iki ssenaridə 2050-ci ilədək 2018-ci ilə əsasən oxşar, üçüncü ssenaridə isə müvafiq qaydada, aşağıdır. BAU ssenarisində qaz tələbatı növbəti 30 il ərzində artaraq üçüncü variantda 2050-ci ilədək daha yüksəlir. Təbii qaz az karbonlu enerji sisteminə sürətli keçid zamanı iki əhəmiyyətli rolu yerinə yetirmək potensialına malikdir. Kömürü əvəz etmək üçün bərpa oluna bilən enerji mənbələrinin və digər qeyri-yanar faydalı qazıntıların kifayət qədər inkişaf edə bilmədiyi və sıfır (sıfıra yaxın) enerji mənbəyi kimi karbonun tutulması, istifadəsi və saxlanılması texnologiyaları (CCUS) ilə birləşdirilə bilmədiyi sürətlə böyüyən, inkişaf edən iqtisadiyyata malik ölkələrdə kömürdən uzaqlaşmağa dəstək verir. Sürət və xalis sıfır ssenarilərində CCUS texnologiyaları ilə kombinə olunmuş qaz 2050-ci ilədək əsas enerjinin 8-10 faizini təşkil edir.
Külək və günəş enerjiləri bərpaolunan enerji mənbələri sektorundakı sürətli artımın önündədir: bərpaolunan enerji mənbələri bütün ssenarilərdə növbəti 30 il ərzində ən sürətlə inkişaf edən enerji mənbələridir. Bərpaolunan enerji mənbələrinin arasında əsas enerji mənbələrinin payı 2018-ci ildə təxminən 5 faizdən xalis sıfır ssenarisində 2050-ci ildə 60 faizə, sürət ssenarisində 45 faizə, BAU ssenarisində isə 20 faizə artır. İşlənmə xərclərinin davamlı azalması ilə şərtlənən bu artımda külək və günəş enerjiləri üstünlük təşkil edir. İşlənmə xəcləri sürət ssenarisində 2050-ci ildə külək və günəş enerjisi üçün təxminən 30 faiz və 65 faiz, xalis sıfır ssenarisində 35 faiz və 70 faiz azalır. Artım bərpa oluna bilən enerji gücünün genişlənməsində əhəmiyyətli sürətlənmənin olmasını tələb edir. Sürət və xalis sıfır ssenarilərində proqnozun birinci yarısında külək və enerji mənbələrinin gücündə orta illik artım 2000-ci ildən bəri təqribən 60 QVt orta illik göstərici ilə müqayisədə müvafiq qaydada, 350 QVt və 550 QVt təşkil edir.
Dünyanın elektrikləşdirilməsi davam edir: enerji sistemində karbondan imtina istifadə olunan yekun enerji həcmlərinin elektrikləşməsinin artmasına gətirib çıxarır. 2050-ci ilədək ümumi yekun istehlakda elektrik enerjisinin payı BAU ssenarisində 2018-ci ildə 20 faizdən bir qədər yüksək göstəricidən 34 faizə, sürət ssenarisində 45 faizə və xalis sıfır ssenarisində isə 50 faizdən yuxarı qalxır. Qlobal enerji istehsalının artımında bərpaolunan enerji mənbələri üstünlük təşkil edir. Sürət və xalis sıfır ssenarilərində bütöv artımı, BAU ssenarisində isə artımın dörddəüçünü təşkil edir. CCUS texnologiyalarından istifadənin artması ilə birlikdə dəyişən yanacaq balansında elektrik enerjisi sektorunun karbon emissiyalarının BAU ssenarisində sadəcə 10 faizlə müqayisədə sürət ssenarisində 80 faizdən çox azaldığı müşahidə edilir.
Hidrogen və bioenerji artımı: enerji sistemində karbon tədricən azaldıqca, hidrogen və bioenerjinin əhəmiyyəti artır. Sürət və xalis sıfır ssenarilərində proqnozun ikinci yarısında xüsusilə, elektrikləşməsi çətin olan və ya baha başa gələn fəaliyyətlərdə hidrogendən istifadə artır.
2050-ci ilədək hidrogen yekun enerji istehlakının (yanan enerji mənbələri istisnadır) sürət ssenarisində təqribən 7 faizini, xalis sıfır ssenarisində isə 16 faizini təşkil edir. Ənənəvi karbohidrogenlərdən uzaqlaşma da bioenerjinin, o cümlədən, əsasən nəqliyyat vasitələrində istifadə edilən maye bioyanacaqların, təbii qazı əvəz edə bilən biometanın və əsasən elektrik enerjisi sektorunda üstünlük təşkil edən biokütlələrin əhəmiyyətinin artmasına gətirib çıxarır. 2050-ci ilədək bioenerji sürət ssenarisində əsas enerji mənbəyinin təqribən 7 faizini və xalis sıfır ssenarisində demək olar ki, 10 faizini təşkil edir.
Dünyanın davamlı olmayan yol ilə hərəkət etmək seçimi qarşısında olması: ssenarilər göstərir ki, karbon tullantılarda sürətli və davamlı azalmaya nail olma üçün karbonun qiymətlərində əhəmiyyətli artımın nəticəsində bir sıra siyasi tədbirlərin görülməsinin tələb olunacağı ehtimal olunur. İctimaiyyətin davranışlarında və üstünlük verdiyi məsələlərdə dəyişikliklərin əsasında bu siyasətlərin əlavə gücləndirilməsinə ehtiyac yarana bilər. Bu siyasi tələblərin və ictimai dəyişikliklərin ləngidilməsi çətinliyin miqyasını xeyli artıra, əhəmiyyətli dərəcədə əlavə iqtisadi xərclərə və fasiləyə gətirib çıxara bilər. Belə ləngimə riskləri bu ilin proqnozunda əlavə ləngidilmiş (Delayed) və nizamsız (Disorderly) ssenarilərdə də tədqiq olunur.
Azvision.az