Pul bazasının sürətlə artacağı gözlənilir

Pul bazasının sürətlə artacağı gözlənilir
  18 Sentyabr 2020    Oxunub:3478
Pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir.
Mərkəzi Bankdan Azvision.az -a verilən məlumata görə, pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artıb.

"İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.

Bank sistemində izafi likvidlik şəraitində Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.

Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayında artıb. Kredit qoyuluşlarında da son ayda artım davam edib.

Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam edib. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcək", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Pul   Kredit  





Xəbər lenti