Hüquq müdafiəçisi Prezidentə təşəkkür etdi

   Hüquq müdafiəçisi Prezidentə təşəkkür etdi
  19 Sentyabr 2020    Oxunub:4006
Tofiq Yaqublunun ev dustaqlığına buraxılması dövlətin, ölkə Prezidentinin humanistliyini göstərir. Bu addım QHT, media və bütün vətəndaş cəmiyyəti tərəfindən müsbət qiymətləndirilir.
Bunu Azvision.az -a açıqlamasında hüquq müdafiəçisi Rauf Zeyni deyib.

Onun sözlərinə görə, bugünkü məhkəmə qərarı bir daha sübut etdi ki, Azərbaycanda aparılan dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır.

"Siyasi istiqamətindən, siyasi düşərgəsindən asılı olmayaraq, hər kəsə diqqət və qayğı göstərilir. Tofiq Yaqublu ilə bağlı ölkə başçısına ünvanlanan müraciət nəzərə alındı. Nəticədə dövlət daha bir vətəndaşına qarşı humanist addım atdı. Bu, hər üçün çox gözəl örnəkdir. Prezidentin humanistliyini biz daha öncələr də müşahidə etmişik. Nə zaman ki, ictimaiyyət tərəfindən, ziyalılar tərəfindən hansısa mövzuda Prezidentə müraciətlər olunubsa, hər zaman ölkə başçısı öz humanistliyini göstərib. Bundan əvvəl dəfələrlə müxalifət düşərgəsində təmsil olunan şəxslərin əfv olunması həyata keçirilib. Bütün bunlar göstərir ki, Azərbaycanda aparılan dövlət siyasətində humanizm prinsipləri priorietdir. Tofiq Yaqublu ilə bağlı qərarda bunu bir daha gördük. Mən bu qərarı alqışlayıram və ölkə Prezidentinə təşəkkürümü bildirirəm", - deyə hüquq müdafiəçisi vurğulayıb.
Tofiq Yaqublunun müraciəti əsasında cinayət işinin başlanması rədd edilib

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan müsavatçı Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb və hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib. O ev dustaqlığına buraxılıb

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Tofiq-Yaqublu   Rauf-Zeyni  





Xəbər lenti