Ölümlə nəticələnən yol qəzaları baş verib

  28 Yanvar 2014    Oxunub : 377
Ölümlə nəticələnən yol qəzaları baş verib
Bakıda və bölgələrdə ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Astara rayon sakini Rəsul Qafarlının idarə etdiyi “VAZ-2101” və Xırdalan şəhər sakini Fəxrəddin Məmmədovun sürdüyü “Ford” markalı avtomobillər paytaxtın Nəsimi rayonunun Bakıxanov küçəsində toqquşub.

F.Məmmədov, habelə R.Qafarlının sərnişinləri - Bakı şəhər sakini İlahə Novruzova, Səbinə İsmayılova, Samir Behbudov və 25 yaşlı kişi xəstəxanaya yerləşdiriliblər.

Goranboy rayonunda Tural Sarıyevin, Fuad Sarıyevin, Vəli Miriyevin və Nicat Zeynalovun idarə etdikləri “VAZ-2106”, “VAZ-21063”, “Shacman” və “VAZ-21074” markalı avtomobillər toqquşub.

Tural Sarıyevin nəqliyyat vasitəsindəki sərnişini - Səfikürd kənd sakini Turanə Yusifova və N.Zeynalovun sərnişini- azyaşlı qızı Nəzrin xəstəxanaya yerləşdirilmişlər. Azyaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Teqlər: