Lənkəranda qanun pozuntusu aşkarladı- Fotolar

Lənkəranda qanun pozuntusu aşkarladı-  Fotolar
  30 Yanvar 2014    Oxunub:1497
Lənkəran şəhəri, Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Emin Məmiyevə məxsus kompot istehsalı sexində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qurum yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində kompot istehsalına dair standartların tələblərinin pozulduğu aşkar olunub.



Araşdırmalar zamanı müəyyən edilib ki, müəssisədə kompot istehsalı zamanı texnoloji təlimatdan istifadə olunmur. Bundan başqa, müəssisənin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi, məhsulun markalanmasının düzgün aparılmadığı aşkar edilib. Həmçinin, qablaşdırmada istifadə olunan şüşə qabların və qapaqların sertifikatları yoxlamaya təqdim edilməyib.



Müəyyən edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə iradnamə və məhsulun satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib olunub.

Mirvari


Teqlər:  





Xəbər lenti