Ötən günün kriminal xronikası

Ötən günün kriminal xronikası
  30 Yanvar 2014    Oxunub:1084
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün ölkə üzrə 99 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti