Bu gün 10 şagird koronavirusa yoluxdu

  29 Sentyabr 2020    Oxunub : 1695
Bu gün 10 şagird koronavirusa yoluxdu
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, 15 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 7-dir.

Ümumilikdə indiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Azvision.az

Teqlər: Məktəb   Koronavirus