“Azərişıq” abonentlərə müraciət edib

“Azərişıq” abonentlərə müraciət edib
  29 Sentyabr 2020    Oxunub:3827
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti abonentlərdən müraciət üçün 199 Çağrı mərkəzinə zəng etmələrini xahiş edib.
ASC-nin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ölkə üzrə internetin verilməsində tətbiq olunan məhdudiyyət səbəbindən sosial media üzərindən gələn müraciətlərin cavablandırılmasında gecikmələr yarana bilər. “Azərişıq” istehlakçılardan yaranmış vəziyyəti anlayışla qarşılamağı və müraciət üçün 199 Çağrı mərkəzinə zəng edərək bildirməyi xahiş edir.

Qeyd edək ki, 199 Çağrı mərkəzinə edilən zənglər ödənişsizdir.

Azvision.az


Teqlər: Azərişıq  





Xəbər lenti