FHN: Vətəndaş xilas edildi
FHN-dən AzVision.az-a bildiriblər ki, hadisə yerinə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermədiyi məlum olub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və giriş qapısını açıblar.
Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Teqlər: