İki nəfəri bıçaqladı
A.Ağayevə və N.Haqverdiyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Hadisəni törədən Kürdəmir rayon sakini Soltan İbrahimov Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları isə yanvarın 24-də Rüfət Əlpaşayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elman Hacıyevi yaxalayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Teqlər: