Bakı-Şamaxı yolunda dəhşətli qəza- ölüm var

Bakı-Şamaxı yolunda dəhşətli qəza- ölüm var
  31 Yanvar 2014    Oxunub:2446
Bakı-Şamaxı yolunda 3 avtomobil toqquşub: 1 ölü, 3 yaralı.
Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:00 radələrində yolun 70-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. 10-ET-878 dövlət nömrə nişanlı “VAZ 2105” markalı, 90-SA-030 dövlət nömrə nişanlı “Priora” və 10-LR-600 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı “VAZ 2105” markalı avtomobilin sürücüsü, Göyçay rayon sakini 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Niman oğlu dünyasını dəyişib, anası 1955-ci il təvəllüdlü Məmmədova Brilyant Cəlal qızı və qaynanası 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti