Cəlilabadda qanvermə aksiyası keçirilib
30 yanvar tarixində Cəlilabad rayon Polis şəbəsinin bütün əməkdaşları "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı altında Azərbaycan gəncinə dəstək məqsədini nümayiş etdirərək irsi qan xəstəliklərindən (hemofiliya və talassemiyadan ) əziyyət çəkən uşaq, yeniyetmə və gənclərə təmənnasız qanvermə aksiyası keçirilib.
Aksiyada Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, "Qan Donorları Assosiasiyasının" sədri Fuad Əsgərov, rayonun ictimai xadimləri, bir çox yerli idarə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri iştirak ediblər.
Qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarının nəzarəti altında baş tutub. Aksiyada toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaq.