Azərbaycanlılar Rusiyada etiraza qalxdı - FOTO, VİDEO

Azərbaycanlılar Rusiyada etiraza qalxdı - FOTO, VİDEO
  31 Yanvar 2014    Oxunub:1382
60-a yaxın azərbaycanlı Rusiyada etiraz aksiyası keçirib

Azərbaycanlılar Rusiyanın Kazan şəhərində etiraz aksiyası keçiriblər. AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, həmyerlilərimizin növbəti mitinqi fevralın 4-nə planlaşdırılıb.



Etiraz aksiyalarına səbəb yanvarınn 29-da Kazanda kənd-təsərrüfatı bazarının bağlanması olub. Belə ki, bazarda Fövqəladə Hallar Nazirliyinin müfəttişlərinin apardığı yoxlamalar nəticəsinə məlum olub ki, bazarda yanğından təhlükəsizlik qaydalarına, sanitar-gigiyena qaydalarına əməl olunmayıb. Məsələ ilə balı Kazan şəhər Prokurorluğu da məhkəməyə bazarın bağlanması üçün müraciət edib. Məhkəmə prokurorluğun müraciətini qəbul edib və bazar yanvarın 29-dan bağlı elan olunub.

Bazarın bağlanması təkcə orada işləyən azərbaycanlılar üçün deyil, həm də bazar rəhbərliyi və əlaqədar iş adamları üçün gözlənilməz olub. Onlar bazarın bağlanmasının səbəbinin araşdırılması üçün baş nazir İldar Xalikova məktub yazıblar.



Qeyd edək ki, sözügedən bazarın 300-ə yaxın işçisi olduğu bildirilir. Onların əksəriyyəti isə həmyerlilərimizdir.



AzVision.az


Teqlər:  





Xəbər lenti