Deputat qara görə evinə piyada gedib

Deputat qara görə evinə piyada gedib
  31 Yanvar 2014    Oxunub:1311
“Bəlkə hər kəs müasirliyə və qayda-qanuna elə özündən başlasın?”
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə qardan sonra yollarda nizam-intizam gözləməyən piyadalardan şikayətlənib. AzVision.az-ın məlumatına görə, deputat hesab edir ki, bəzi piyadalar avtomobillərin hərəkətinə ciddi maneçilik yaradırdılar.

Milləy vəkili hətta bu gün iştirak etdiyi tədbirdən yaşadığı evə piyada gəldiyini də gizlətməyib:

“Bu gün iştirak etdiyim tədbirdən evimə piyada qayıtdım. Geniş avtomobil yolina yaxınlaşanda əksər insanların yol hərəkət qaydalarını gözləmədiyinə fikir verdim.

Yolu qırmızı işıqda, buz bağlamış yolda çətinliklə hərəkət edən avtomobillərə problem yaradaraq keçirdilər. Heç kəs, xüsusilə də gənclər və qadınlar yolu yaşıl işıqda keçmək barəsində düşünmürdülər.

Həyatlarını təhlükəyə atır, avtomobillərin hərəkətinə ciddi maneçilik yaradırdılar. Ağır hava şəraitində sürücülərin çətinlik çəkdiyini, yolu intizamsız keçən gənclər əhəmiyyət vermirdilər. Bəlkə hər kəs müasirliyə və qayda-qanuna elə özündən başlasın? Qəza baş verdikdə isə günahkar sürücü olur”.

AzVision.az



Teqlər:  





Xəbər lenti