Cənub bölgəsinə yağan güclü qar problemlər yaradıb

Cənub bölgəsinə yağan güclü qar problemlər yaradıb
  01 Fevral 2014    Oxunub:1156
7 kənd hələ də işıqsızdır.
Yanvarın 30-da gecə saatlarından başlayaraq cənub bölgəsinə yağan güclü qar yaşayış məntəqələrində bir sıra problemlər yaradıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bölgədə ən çox qar Lerik və Yardımlı rayonlarına yağmışdır. Hər iki rayonun ərazisində qarın qalınlığı 40-50 santimetrə çatıb. 35 kilovoltluq Lənkəran-Hamarat-Lerik hava xəttində qəza vəziyyəti yarandığından Lerik rayonuna elektrik enerjisinin verilməsi dayandırılmışdır. Ucqar kəndlərə gediş-gəliş çətinləşmişdir. Hazırda rayonun 30 kəndinə elektrik enerjinin verilməsi bərpa olunsa da, 7 kənd hələ də işıqsızdır.

Vamazığon kəndi ərazisində torpaq sürüşməsi nəticəsində Masallı-Tüklə-Lerik yüksək təzyiqli qaz xəttində qəza vəziyyəti yaranıb. Nəticəndə Lerik və Yardımlı rayonları qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyinin, Astara, Lerik və Yardımlı rayonlarının mütəxəssisləri xətdə təmir və bərpa işlərini davam etdirirlər.

Bölgədə hava şəraiti ilə bağlı bir sıra yol-qəzaları qeydə alınıb.


Teqlər:





Xəbər lenti