Şəkidə üç uşaq atası ehtiyatsızlıqdan özünü güllələdi

Şəkidə üç uşaq atası ehtiyatsızlıqdan özünü güllələdi
  02 Fevral 2014    Oxunub:1205
Şəki sakini ehtiyatsızlıqdan özünü güllələyib. AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə rayonun Aran kəndində qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Azər Tupik oğlu Məmmədov atı ilə taxıl sahəsindən qayıdan zaman həyətlərində atdan düşmək istəyib. Bu zaman xəsarət alanın çiynindəki ov tüfəngi ehtiyatsızlıqdan açılıb.

Nəticədə Azər Məmmədov ayağından yaralanıb. Yaralı dərhal yaxınları tərəfindən Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, xəsarət alan 3 uşaq atasıdır.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti