Xəbərdarlıq: Ağsu aşırımına getməyin!
Bununla belə günorta saatlarında buz açıldığından bu istiqamətdə hərəkət etmək bir o qədər də çətin deyil.
2 gün yağan intensiv qar yolları bərbad vəziyyətə salsa da aşırımın yolları tam açıq vəziyyətdədir.İki gün ərzində yolun təmizlənməsinə 13 texnika cəlb edilib. 30 tona yaxın duz və qum Ağsu aşırımına səpilib.
12 saylı yol istismar idarəsinin baş mühəndisi Eldar İsrafilov texnikanın günün ikinci yarısından, sonra aşırımın yuxarı hissəsinə aparılaraq hər an yağan güclü qarın qarşısını almaq üçün hazır vəziyyətdə saxlanıldığını deyir.
Qeyd edək ki, yolların buz bağlaması səbəbindən ötən gün respublikanın avtomobil yollarında 13 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Teqlər: