`Şahdağ`da müsabiqəyə qatıl-QEYDİYYAT

`Şahdağ`da müsabiqəyə qatıl-QEYDİYYAT
  02 Fevral 2014    Oxunub:1130
“Şahdağ” Yay-Qış Turizm Kompleksində ekstremal qış müsabiqəsi keçiriləcək.
AzVision.az xəbər verir ki, fevralın 22-də “Şahdağ” Yay-Qış Turizm Kompleksində dünyada ilk dəfə olaraq ən ekstremal və şən qış müsabiqəsi – “Red Bull Shakh Carpet” keçiriləcək.
Hərfi mənası “Xalçaların şahı” olan müsabiqənin ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinən, dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunan iştirakçılar sonda kiçik tramplinin üzərindən hovuza tullanırlar. İştirakçıların xüsusilə müsabiqə üçün yaratdıqları hərəkət vasitələrinin əsas elementi mütləq xalça olmalıdır.

Qeydiyyatdan keçmək üçün iştirakçılar əvvəlcədən komandanın kreativ konsepsiyasını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitəni düzəltməli, adını fikirləşməli və müvafiq şən kostyumlar hazırlamalıdırlar. Müsabiqədə iştirak üçün ən kreativ komandalar seçiləcəklər. Komanda iki-üç iştirakçıdan ibarətdir. Hər komandaya çıxış üçün beş dəqiqə vaxt veriləcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər fevralın 10-dək “Facebook”da https://azvision.az/redirect.php?url=http://bit.ly/19PWdeQ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti