`Azərsu` işçi axtarır

`Azərsu` işçi axtarır
  02 Fevral 2014    Oxunub:14541
“Azərsu” ASC idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə icra edilən layihələrdə SCADA sistemi yaradılır və uğurla tətbiq olunur.

SCADA sistemində suyun mənbələrdən götürülərək istehlakçılara çatdırılmasına qədər bütün mərhələlərdə infrastrukturların fəaliyyətinə onlayn rejimdə nəzarət olunması nəzərdə tutulub.
Son illər yeni layihələrin icrası ilə əlaqədar SCADA sisteminin əhatə dairəsi genişlənib və bu sahə üzrə ixtisaslı kadrlara böyük ehtiyac yaranıb. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC SCADA sisteminin idarə olunması üzrə mühəndis, dispetçer və operatorların işə qəbulunu elan edib.

ASC-nin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, bu sahə üzrə işləmək istəyən namizədlər müvafiq peşələr üzrə təhsilə və iş təcrübəsinə, işə qəbul elanında göstərilən tələbləri yerinə yetirmək bacarığına malik olmalıdırlar.

Qəbul elanları “Azərsu” ASC-nin internet saytında yerləşdirilib və maraqlananlar daha ətraflı məlumatı saytın “İnsan resursları” bölməsindən (https://azvision.az/redirect.php?url=http://azersu.az/125-Vakansiyalar) əldə edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı göstərilməlidir.

Qeyd edək ki, “Azərsu” ASC-də işçi qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələ isə ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. Bilik və peşəkarlıq səviyyəsi yoxlanıldıqdan sonra vəzifə təlimatına və peşələrin ixtisas tələblərinə cavab verən namizədlər ixtisasına uyğun vakant yerlərə təyin olunur və ya kadr ehtiyatına daxil edilir.


Teqlər:  





Xəbər lenti