Yanğının yayılmasının qarşısı alındı

Yanğının yayılmasının qarşısı alındı
  03 Fevral 2014    Oxunub:1388
Paytaxtın Xətai rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli dörd otaqlı evdə yanğın baş verib. Nəticədə evin mətbəxi yanıb.

Yanğınsöndürənlər alovu söndürərək, yanğının evin qalan hissəsinə keçməsinə imkan verməyiblər.

Ağdaş rayonunda ümumi sahəsi 800 kvadratmetr olan inzibati binada yanğın olmuşdur. Binanın birinci mərtəbəsindəki səkkiz otaq və içərisindəki əşyalar yan;b.

Burada da binanın qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, hadisələrlə əlaqədar araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti