Bu gün 14 dərəcə şaxta olacaq

Bu gün 14 dərəcə şaxta olacaq
  03 Fevral 2014    Oxunub:1137
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Abşeron yarımadasında fevralın 3-də temperatur gecə 7-12, yarımadanın bəzi ərazilərində 14 dərəcəyədək şaxta, gündüz 0-3 dərəcə şaxta, Bakıda gecə 8-10, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycan rayonlarında da fevralın 3-də gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Aran rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 9-14 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanda qeyri-sabit hava şəraiti fevralın birinci ongünlüyünün birinci yarısına kimi davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti