Norveçli tələbələr Milli Məclisdə
Milli Məclis ziyarəti zamanı qonaqlara Azərbaycan Respublikasının Qanunvericilik sistemi ilə bağlı məlumatlar verilib, Milli Məclisin inzibati binası ilə tanışlıq həyata keçirilmiş və eləcə də, qonaqlar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Daha sonra qonaqlar Azərbaycan Respublikası Ali Məhkəməsinə gedərək, bu qurumun funksiyaları, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat alıblar.
Qonaqlar həmçinin Fəxri Xiyabanı ziyarət edib, xalqımızın istər mədəniyyət və istərsə də siyasət tarixində mühüm rol oynamış və Xiyabanda dəfn olunmuş şəxslər barədə məlumatlar əldə ediblər.
Qarşılıqlı xarakter daşıyan “Təhsill Səfəri” layihələrində əsas məqsəd hüquqşünas tələbələri Avropanın müxtəlif dövlətlərinin qanunvericilik, məhkəmə və hüquq təhsili sahəsində biliklərinin artırılmasından ibarətdir. Bundan sonra da bu cür qarşılıqlı səfərləri davam etdirməl planlaşdırılır. Hazırda ELSA may ayında həyata keçirilməsi planlaşdırılan Gənc Hüquqşünasların II Beynəlxalq Bakı Forumu üçün hazırlıqlara başlayıb. Təşkilat həmçinin 2015-ci il ELSA Qış Prezidentlər Toplantısının Azərbaycanda həyata keçirilməsi üçün namizədliyini irəli sürüb.
Teqlər: