YAP-çı deputat sığınacaqda- FOTOLAR

YAP-çı deputat sığınacaqda- FOTOLAR
  03 Fevral 2014    Oxunub:1354
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, deputat Aydın Mirzəzadə Bakıda kimsəsizlər üçün salınan sığınacağa baş çəkib. AzVision.az-ın məlumatına görə, millət vəkili sığınacaqdakı vəziyyətlə maraqlanaraq çay süfrəsinə qonaq olub:
“Sığınacaqda bir neçə nəfərə rast gəldim. Bunlardan ikisi Yasamal rayon sosial müdafiə mərkəsinin orada bütün sutka növbə çəkən iki işçisi, digər ikisi isə həmin mərkəzin müdiri Rüfət müəllim və Xətai rayon müvafiq mərkəzininm müdiri Fikrət müəllim idi.

Sığınacaqda soyuqdan qorunmağa gələn vətəndaşlar yox idi. Bildirdilər ki, ötən gecə orada ... rayonundan gəlib, geriyə qayıda bilməyən iki nəfər vətəndaş gecələyib.

Sığınacaqda istilik sobası var idi və içəri kifayət qədər isti idi. Yatmaq üçün bir neçə rahat yataq gördüm və lazım gələrdisə onların sayını artırmaq imkanı olardı. Sığınacaqda isti çay var idi, həmçinin qalanlar üçün istu yemək də təşkil edilir. Özüm də o çaydan içdim.

Sığınacaqda vacib dərmanlar qutusu, təzyiq ölçən chaz var idi. Lazım gələrsə təcili polis və təcili yardımla da əlaqə saxlamaq üşün xətt də yaradılmışdı.

Bildirdilər ki, yaxınlıqdakıə yas mağarındankönüllü olaraq xüsusi olaraq sığnacaq üçün halva, çay və bir qədər də ərzaq gətiriblər. Sığınacaqda orda qalası insanlar üçün tam şərait yaradıldığı hiss edilirdi”.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti