Göygöldə mövqelərimiz atəşə tutulur

   Göygöldə mövqelərimiz atəşə tutulur
  19 Oktyabr 2020    Oxunub:1605
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azvision.az


Teqlər: Düşmən   Göygöl   Atəş  





Xəbər lenti