Kriminal xronika: 38 cinayət, 11 həbs

Kriminal xronika: 38 cinayət, 11 həbs
  03 Fevral 2014    Oxunub:1209
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikada ötən gün ərzində 38 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 11 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti