“Problemlərin bir görüş zamanı həlli mümkün deyil” - Ceyhun Bayramov

  24 Oktyabr 2020    Oxunub : 3112
 “Problemlərin bir görüş zamanı həlli mümkün deyil” -  Ceyhun Bayramov
Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. ABŞ-ın Dövlət katibi Mayk Pompeo görüş keçirdim.
Azvision.az xəbər verir ki, bunu Vaşinqtonda jurnalistlərə müsahibəsində Xarici İşlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi olub. Hazırda mövcud vəziyyət, problemin həlli yolları ilə bağlı potensial fikir mübadiləsi aparılıb.

"ABŞ Minsk qrupunda həmsədr ölkələrdən biridir. ABŞ tərəfindən də bu məsələyə olan maraq, vasitəçilik təklifləri və məsələnin həlli istiqamətində addımlar müzakirə edildi. Sonra ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirdim".

Nazir əlavə edib ki, Azərbaycan reallıqlarının, Azərbaycanın haqlı mövqeyinin qarşı tərəfə çatdırılması, onun ətrafında faydalı müzakirələr həyata keçirilməsi baxımından görüşlər faydalı olub.

“Təbii ki, biz realist olmalıyıq. Otuz illər ərzində yığılmış problemlərin bir görüş zamanı həlli mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olmasının tərəfdarıdır. Azərbaycan tərəfi, zərurət yoxdursa, hərbi əməliyyatların aparılmasını mütləq şərt kimi irəli sürmür. Hesab edirəm ki, bütün bu görüşləri keçirməyə, Azərbaycan həqiqətlərini çatdırmağa həm əsasımız var, həm deməyə sözümüz var. Mövqeyimiz də ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik.
Leyla Abdullayeva: “Laçın artıq azaddır”

Böyük ehtimalla ABŞ Prezidentinə də görüşlər barədə məlumat verilib. Biz bir məsələni də nəzərə almalıyıq. Xüsusi olaraq, dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir bildirən zaman biz onu nəzərə almalıyıq ki, bu dövlətlərin bir çoxunda çox ciddi erməni lobbisi var. Erməni lobbisi bu dövlətlərin daxili siyasi prosesinə ciddi təsir edir. Bu dövlətlərin bir çoxunda seçki prosesi həyata keçirilir. Təbii ki, bu məsələlərə xüsusi diqqət verən siyasətçilər bu kimi amilləri, əfsuslar olsun ki, göz önünə gətirirlər. Onların qeyd etdiyi də məhz onlara xoş gəlmək, səslərini qazanmaqdır”, - deyə XİN rəhbəri qeyd edib.

Azvision.az

Teqlər: XİN   ABŞ