Deputat 13 yaşlı Arturun ölümündən danışdı

Deputat 13 yaşlı Arturun ölümündən danışdı
  26 Oktyabr 2020    Oxunub:1844
“Uşaqlar müharibənin obyekti deyillər, subyekti də ola bilməzlər. Əgər belə hadisə baş verirsə, bu, hərbi cinayət, həm də terror və soyqırımdır”.
Bunu Azvision.az -a açıqlamasında millət vəkili Jalə Əliyeva Rusiya vətəndaşı 13 yaşlı Artur Mayakovun Gəncədə erməni terroru nəticəsində həlak olmasından danışarkən deyib. Deputatın sözlərinə görə, tək uşaqlar deyil, qadınlar da ən ağır formada erməni terrorunun qurbanı olurlar.

“Gəncədə dinc əhali uzaq mənzilli artilleriya atəşinə məruz qoyulursa, bu, bütün dünyanın diqqətini çəkməli olan və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qarşı tərəfdən hesabını soruşması gərəkən hadisədir. Bunun faşizm ideologiyasından heç bir fərqi yoxdur. İkinci Dünya Müharibəsini törədənlər və milyardlarla insanın qanına əli batan faşist ideologiyasının yaradıcıları necə tribunal qarşısında hesab verib, öz cəzalarını aldılarsa, Ermənistanın rəhbərliyi ilə oxşar aqibəti yaşayacaq. Onların əli azərbayanlıların, uşaqların qanına batıb. Verəcəkləri cavab və məsuliyyət erməni rəhbərlərinin üzərindədir.

Azərbaycanın haqq işi, ədaləti, torpaqlarımızın işğalı və bir milyondan çox insanın qaçqın vəziyyətinə salınması, evlərindən didərgin düşməsi, insanlığa ləkə olan əməllərin törədilməsi, ölülərin təhqir edilməsi hərbi məhkəmənin predmetidir. Bu müharibə mütləq qələbə ilə baş çatacaq. İşğalçılar Azərbaycan tərəfinin qaldırdığı məsuliyyətə cəlb olunacaqlar. Beynəlxalq məhkəmənin də öz fikri olacaq. Bu gün terror millət tanımır. Bu cür terrorlardan heç bir millət sığortalanmayıb. Azərbaycanlılara qarşı törədilən cinayətlər sabah başqa bir ölkənin vətəndaşına qarşı törədilə bilər”.

Xatırladaq ki, oktyabrın 17-də Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilieviç xəsarət almışdı. 13 yaşlı yeniyetmə ötən gün xəstəxanada vəfat edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Deputat   Jalə-Əliyeva  





Xəbər lenti